İlham Əliyev: “Təcavüzə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməmişdir "

Azərbaycan prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı müraciətində sammitin işə başlaması münasibətilə onları təbrik edirək bir sıra ciddi və aktual məsələlərə də toxunub:
"Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarını yorulmadan təsdiq edir, öz imkanları daxilində qlobal problemlərin həllinə köməklik göstərir.
Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, 30 əvvəl başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm ölkəmizin inkişafı, həm də regional əməkdaşlığın genişlənməsi yolunda ən ciddi maneə olaraq qalmaqdadır. Ekspansiv siyasət yürüdən Ermənistan ttorpaqlarımızın 20 faizini zəbt etmiş və ölkəmizdə bir milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatlar münaqişənin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə dair qərarlar qəbul etsə də, təcavüzə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməmişdir. Ümid edirəm ki, Alyans üzvləri mövcud reallığı nəzərə alaraq insan hüquqlarının kobud surətdə və kütləvi şəkildə pozulması ilə müşayiət olunan, regionda əhlükəsizliyə ciddi təhdid yaradan işğal faktına adekvat qiymət verəcəklər.

İnanıram ki, Azərbaycanda təşkil etdiyiniz toplantı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə, demokratiyanın və azad cəmiyyətin inkişafına, sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edəcək”.






Bu yazı

2563 dəfə oxunub

Tarix

2018-06-09 12:05:21

Yazını

Çap et

Yazını

Paylaş