Leyla Əliyevanın təşəbbüsü ilə turnir keçirilib


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsünə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Kaluqa vilayətində şəhərətrafı "PineRiver” otelində tələbələrin "Turizm toplantısı” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açılış mərasimində idman toplantısının iştirakçılarını salamlayaraq, gənclər təşkilatı tərəfindən keçirilən idman tədbirlərinə göstərilən marağa görə onlara təşəkkürünü bildirib.
E.Hacıyev gənclərə RAGB-nin fəaliyyəti barədə, görülmüş işlər və gələcək planlar barədə məlumat verib. O deyib: "Leyla xanım Əliyeva bu yaxınlarda, mayın 31-də Həştərxanda RAGB-nin regional nümayəndəliklərinin üzvləri ilə görüşüb. Mühüm məsələlər qaldırılan görüşün iştirakçıları fikir mübadiləsi aparıb, qarşıdakı vəzifələri müzakirə ediblər. Leyla xanım öz çıxışında RAGB-nin idman layihələrinə diqqəti cəlb edib, bizim fəalların bu sahədə qazandığı uğurları qeyd edib. Mənə çox xoşdur ki, siz hamınız sağlam həyat tərzinə böyük diqqət yetirirsiniz. Bizim bugünkü turnirimiz Azərbaycanın istedadlı gənclərini birləşdirir, onların vətənpərvərlik ruhunu möhkəmlədir. Bütün bunlar bizim təşkilatın əsasını təşkil edir. Qarşıda bizi maraqlı layihələr gözləyir. Sizi bu layihələrdə görməyə şad olarıq. Mən hər birinizə yaxşı oyun və gümrahlıq arzu edirəm”.
Sonra komandalar təqdim edilib, onlara təlimat verilib, daha sonra Rusiya Federasiyasının, Azərbaycan Respublikasının və RAGB-nin bayraqları qaldırılıb.
İdman-sağlamlıq turnirinin ən güclü və ən yaxşı iştirakçıları adı uğrunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (MDU), RF Hökuməti yanında Maliyyə Universitetini, Ali İqtisad Məktəbini, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini (MDTU), Q.V.Plexanov adına Rusiya İqtisad Universitetini (RİU), Moskva Dövlət Pedaqoji Universitetini (MDPU), RAGB-nin Kaluqa regional bölməsini təmsil edən 12 komanda mübarizə aparıb.
Yarışlarda RAGB-nin 100-ə yaxın fəal üzvü iştirak edib. Onlar "Friroup”, "Skaladrom”, Kamandan oxatma, "Yüksək şəhərcik”, "Turizm zolağı”, Kanoedə üzmə və digər növlərdə güclərini sınayıblar.
Yarışların yekunlarına əsasən "Panterı” komandası (İ.M.Seçenov adına MDTU) oyunun qalibi olub. İkinci yeri MDPU-nun "Şirlər” komandası, üçüncü yeri MADİ-nin "Qorillalar” komandası tutub. "Canavarlar”, "Şahinlər”, "Ayılar” komandaları qələbə əzminə görə təltif ediliblər.
İdman yarışlarının iştirakçıları bu münasibətlə təşkil edilmiş səhra mətbəxində qidalanıblar.






Bu yazı

6173 dəfə oxunub

Tarix

2018-06-14 16:48:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook