Bu gün Beynəlxalq Olimpiya Günüdür







23 iyun dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur.

"Olimpnews.az" xəbər verir ki, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklif irəli sürülüb. Beynəlxalq Olimpiya Günü ilk dəfə 1948-ci il iyunun 23-də dünyanın 9 ölkəsində qeyd olunub. Bu günü daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin (MOK) iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.
Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarında iştirak edib.




Bu yazı

4419 dəfə oxunub

Tarix

2018-06-23 17:47:58

Yazını

Çap et

Yazını

Paylaş