Ağırlıqqaldırma üzrə Bakı açıq birinciliyi başa çatıb


Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Zirvə İdman Klubunda gənclər arasında ağırlıqqaldırma üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Birincilikdə Neftçi İSM, Məhsul İC, Zirvə İK, Spartak İK, 8№li UGİM, Lənkəran , Azal İK-nı təmsil edən 38 nəfər idmançı mübarizə aparıb. Yekun nəticələrə görə I yerlərə 56 kq çəki dərəcəsində Amil Babazadə (Lənkəran-Təhsil), 62 kq çəki dərəcəsində Əyanət Əlizadə (Lənkəran-Zirvə), 69 kq çəki dərəcəsində Bayram Ramazanlı (Azal İK), 77 kq çəki dərəcəsində Ceyhun Tağızadə (Lənkəran -Zirvə), 85 kq çəki dərəcəsində Ayaz Əliyev (Məhsul İC), 94 kq çəki dərəcəsində İsa İbrahimov (Zirvə İK), 105 kq çəki dərəcəsində Xəlil Gəraylı (Zirvə İK), +105 kq çəki dərəcəsində Asxab Kalayev (Neftçi İSM) layiq görülüblər.




Bu yazı

7132 dəfə oxunub

Tarix

2013-05-23 16:34:24

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev