Qurban Qurbanov: "Bakıda bizi daha çətin və ağır oyun gözləyir"



"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında səfərdə "Olimpiya"nı (Sloveniya) 1:0 hesabıyla məğlub etdi. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq".


Bu yazı

7072 dəfə oxunub

Tarix

2018-07-12 08:54:10

Yazını

Çap et

Yazını

Paylaş