Ökəmizi üç idmançı təmsil edəcək



Avqustun 6-da Berlində atletika üzrə Avropa çempionatı start götürüb. Ayın 12-dək davam edəcək çempionatda Azərbaycan üç idmançı ilə təmsil olunacaq. Idmançılardan Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edəcəklər. Atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparacaqlar.
Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, baş katibi Məhərrəm Sultanzadə də Berlinə səfər edəcəklər. Azərbaycan nümayəndə heyəti çempionat çərçivəsində Avropa Atletika Assosiasiyasının və Beynəlxalq Atletika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirəcək.
Çempionatın üçtəkanla tullanma və çəkicatma yarışlarının təsnifat mərhələləri avqustun 10-da, final isə 12-də təşkil ediləcək.


Bu yazı

24425 dəfə oxunub

Tarix

2018-08-07 09:26:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev