Argentinada idmançılarımızla görüş keçirilib



Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının Atletlər kəndində Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb.
O, oyunların tərkibində keçirilən fəaliyyət planı haqqında məlumat verərək idmançıları fəal şəkildə iştirak etməyə dəvət edib. Yeniyetmələrin III Yay Olimpiya Oyunları çərçivəsində idmançılar və gənc səfirlər üçün keçirilən fəaliyyət planına ulduz idmançılarla görüş və idmançıların sosial mediada iştirakının artırılması ilə bağlı müxtəlif təlimlər daxildir.
Atletlər "Yeniyetmələrin Olimpiya Oyunlarından Olimpiya Oyunlarına gedən yol” adlı təlimdə üzgüçü Çad le Klos (Cənubi Afrika Respublikası), venesuelalı velosipedçi Stefani Hernandez, İsrail triatlonçusu Ron Darmon və ABŞ-dan olan güləşçi Klarissa Çan ilə tanış olacaqlar. Həmçinin atletlərin təlim proqramı çərçivəsində müxtəlif mədəni tədbirlər keçiriləcək, idmançılar üçün idmandan kənar maarifləndirici proqramlar təşkil olunacaq. Dopinq və təmiz atletlər haqqında məlumat geniş tərkibdə idmançılara, həmçinin nümayəndə heyətlərinə çatdırılacaq.


Bu yazı

16261 dəfə oxunub

Tarix

2018-10-16 09:47:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev