Beynəlxalq para-cüdo yarışı ilə bağlı maraqlı təşəbbüs



Mayın 11-13-də Bakıda keçiriləcək para-cüdo üzrə Qran-Pri yarışlarının qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan "Cırtdan”ın kimonoda olan fiquru hədiyyə ediləcək. Əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib. O, öz əl işi olan kuklanı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) rəhbərliyinə təqdim edib. B.Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün "Cırtdan” fiqurunu hazırlaya biləcəyini söyləyib.
ARMPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyi ilə B.Şıxıyeva həmin hədiyyədən 70 ədəd hazırlayacaq.
Məlumat üçün qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıran yarış şəhərimizdə ilk dəfə keçiriləcək. Yarışda 43 ölkədən 250 idmançı qalib adı uğrunda mübarizə aparacaq.



Bu yazı

14304 dəfə oxunub

Tarix

2019-01-23 11:57:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev