2018-ci ilin üç dünya çempionu dopinq-testdən keçə bilməyib



Ağırlıqqaldırma üzrə 2018-ci ilin tailandlı üç dünya çempionu dopinq-testdən keçə bilməyib. Bu məlumatı Beynəlxalq Ağır Atletika Federasiyasının mətbuat xidməti yayıb. Məlumatda qeyd olunub ki, hər üç idmançı antidopinq qaydalarının pozulmasında şübhəli bilinərək müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Dopinq nümunələri Aşqabadda keçirilən dünya çempionatında götürülüb. Sukaniya Srisurat, Sopita Tanasan və Txunya Sukxaroen həmin çempionatda müvafiq olaraq 55, 49 və 45 kiloqram çəki dərəcələrində qızıl medal qazanıblar. Antidopinq qaydalarını pozan daha bir idmançı - Çitçanok Pulsabakul isə dünya çempionatında 87 kiloqram çəki dərəcəsində altıncı yeri tutub. Sukaniya Srisurat həm də 2016-cı il Olimpiya Oyunlarının çempionu və 2017-ci il Universiadasının gümüş mükafatçısıdır. Sopita Tanasan da Rio de Janeyroda keçirilən Olimpiadada qızıl medalın sahibi və 2018-ci il dünya çempionatının qalibidir. Çitçanok Pulsabakul isə dünya çempionatlarında iki dəfə bürünc medal qazanıb. Txunya Sukxaroen 2017-ci il dünya çempionatının gümüş mükafatçısı olub.



Bu yazı

17780 dəfə oxunub

Tarix

2019-01-24 10:03:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev