Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə olunub



Beynəlxalq Atletika Federasiyası Yaponiyanın Yokohama şəhərində keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə edib.
Bu il atletlər qarışıq estafet (2x2x400m) və qarışıq sədlərlə estafet yarışlarında da güclərini sınayacaqlar. Mayın 11-12-də keçiriləcək estafet yarışlarında kişilər, qadınlar və cütlüklər 3 növdə mübarizə aparacaqlar.
Qarışıq sədlərlə estafet Dünya Estafet proqramında tamamilə yeni növdür.
Qarışıq estafet Yokohama yarışında 800 metr məsafəyə estafet qaçışını əvəzləyəcək. Buna səbəb bu növə daha az marağın olması idi.


Bu yazı

21591 dəfə oxunub

Tarix

2019-01-25 11:44:42

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev