Cüdoçularımız Qran-pri turnirini 2 medalla başa vurdular



İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. 53 ölkədən 373 cüdoçunun mübarizə apardığı yarışda ölkəmiz 18 idmançı ilə təmsil olunub. 3 gün davam edən Qran-pri turniri Azərbaycan cüdoçuları üçün uğurlu olub. Qadınların mübarizəsində ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) beynəlxalq turnirin qalibi adına layiq görülüb. Ardıcıl fransalı Laura Fuseau, litvalı Sandra Yablonskyte və sloveniyalı Anamari Velenşeki üstələyərək finala yüksələn İrina həlledici qarşılaşmada ukraynalı Yelizaveta Kalaninanı məğlub edərək qızıl medal qazanıb.
Kişilər arasında 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev isə millimizə bürünc medal qazandırıb. Təmsilçimiz ardıcıl olaraq türkmənistanlı İhlas Setderovu və kanadalı Mohab El Nahası məğlub etsə də, dörddəbir finalda hollandiyalı Jesper Sminkə uduzub. İdmançımız təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun və estoniyalı Klen Kristofer Kalyulayd üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.
Digər təmsilçilərimizdən İbrahim Əliyev (66 kq), Murad Fətiyev (81 kq) və Uşangi Kokauri (+100 kq) 5-ci yerlə kifayətlənib.
Bu nəticə ilə cüdo üzrə Azərbaycan yığması Belarus, Belçika, Sloveniya, Ukrayna, Rusiya, Hollandiya, İsveçrə və başqa ölkələri qabaqlayaraq beşinci yerdə qərarlaşıb.



Bu yazı

13864 dəfə oxunub

Tarix

2019-01-29 09:30:02

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev