Bakı birinciliyi keçirilib



Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə paytaxt birinciliyi keçirilib. Birincilikdə 13 çəki dərəcəsində 130-dan artıq idmançı mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Aqil Əkbərov (24 kq), Yusif Kərimli (26 kq), Elvin Məmmədov (28 kq), İsmayıl Əlipənahov (30 kq), Yusif Əliyev (32 kq), Mikayıl Əmirov (35 kq), Nihad Rəhimov (38 kq), Nihad Süleymanlı (41 kq), Kənan Məmmədli (45 kq), Hüseyn Rzaquliyev (49 kq), Ənsar Davudov (53 kq), Fərhad Süleymanlı (57 kq) və Məhəmməd Xəlilli (57 kq-dan yuxarı) qızıl medal qazanıblar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.



Bu yazı

19433 dəfə oxunub

Tarix

2019-02-18 16:50:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev