Velosipedçilərimiz müqaviləyə qol çəkirlər



Ölkəmizin şose velosipedi üzrə elit milli komandasının üzvü Elçin Əsədov və U-23 yığmamızın velosipedçisi Mahmud Məmmədov Ukraynanın "Lvov” kontinental komandası ilə müqavilə imzalayıblar.
İdmançılarımız 2019-cu ilin sonunadək bu komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcəklər.
Dəfələrlə Azərbaycan çempionatlarının qalib və mükafatçısı olmuş elit yığmamızın lider idmançısı Elçin Əsədovun son klubu "Baku Cycling Project” kontinental komandası olub. Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliklərinin qalib və mükafatçısı adını qazanan perspektivli idmançımız Mahmud Məmmədov isə ötən il 18 yaşının tamam olması ilə əlaqədar bu ildən etibarən U-23 yaş qrupuna keçib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, velosipedçilər 18 yaşları tamam olduqdan sonra peşəkar klublarla müqaviləyə imza ata bilərlər.
"Lvov” klubunun heyətində çıxış edəcək idmançılarımızı "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən kifayət qədər nüfuzlu yarış gözləyir.



Bu yazı

21352 dəfə oxunub

Tarix

2019-02-18 17:19:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev