Cüdoçumuzun təsəllisi bürünc medal oldu


Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük dəbilqə” turnirində idmançımız bürünc medal qazanıb.
İlk qarşılaşmalarda rəqiblərinə şans verməyən cüdoçumuz Rüstəm Orucovun yarımfinala gedən yolunu Yaponiya təmsilçisi Sohei Ono kəsib. Təsəlliverici görüşlərə qatılan Olimpiya mükafatçımız rusiyalı cüdoçu Musa Moquşkova qalib gələrək bürünc medala layiq görülüb.
Xatırladaq ki, Rüstəm Orucov 2018-ci ildə "Böyük dəbilqə" turnirində gümüş medal qazanmışdı.
Turnirə bu gün yekun vurulacaq. Bu nüfuzlu yarışda ölkəmizi 15 idmançı – 10 kişi və 5 qadın cüdoçu təmsil edir. Turnirdə 93 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır.

Bu yazı

12575 dəfə oxunub

Tarix

2019-02-24 16:21:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev