“Atilla” cüdoçuları birinciliyi əldən vermədilər



Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
Fevralın 27-28-də keçirilən ölkə birinciliyində 51 klubu təmsil edən 276 cüdoçu mübarizə aparıb.
Gənc qızlar arasında Azərbaycan birinciliyinin qalibi Gülşən Bəşirova (44 kq, "Qəbələ” İK), Şəfəq Həmidova (48 kq, "Atilla” İK), Gültac Məmmədəliyeva (52 kq, "Atilla” İK), Zəhra Akkus (57 kq, "Judo Club 2012”), Diana Şoranova (63 kq, "Judo Club 2012”), Nərmin Abdullayeva (70 kq, "Judo Club 2012”), Aliyə Müslümova (78 kq, "Gömrükçü” İK), Aytəkin Paşazadə (78 kiloqramdan yuxarı, Zərdab) olublar.
Oğlanların mübarizəsində isə Mirağa Hacıyev (55 kq, "Təhsil” İOEUGİSM-1 Sumqayıt), Rövşən Əliyev (60 kq, "Gömrükçü” İK), Davud Abbaslı (66 kq, "Neftçi” İK), Paşa Əliyev (73 kq, "Atilla” İK), Vüsal Şamilov (81 kq, "Neftçi” İK), Zelim Tckayev (90 kq, "Neftçi” İK), Abdulla İsmayılov (100 kq, "TT Fight Club”), İmran Yusifov (+100 kq yuxarı, "Qəbələ” İK) Azərbaycan çempionu adına layiq görülüblər.

Komanda hesabında birinci yeri "Atilla” İdman Klubunun təmsilçiləri tutublar. İkinci və üçüncü yerlərdə "Neftçi” və "Judo Club 2012” idman klublarının komandaları qərarlaşıblar.
Sonda qalib və mükafatçılara diplom, kubok və hədiyyələr təqdim edilib.


Bu yazı

14918 dəfə oxunub

Tarix

2019-03-01 12:33:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev