Qızıl Avropa Liqası üçün gümüş sınaq



Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Gümüş Avropa Liqası yarışlarında iştirak edəcək.
Baş məşqçi Fərid Cəlilovun yetirmələri "B” qrupunda Danimarka, Rumıniya və Gürcüstan yığmaları ilə qarşılaşacaqlar. Yunanıstan, Avstriya, Macarıstan, Bosniya və Herseqovina komandaları isə "A” qrupunda mübarizə aparacaq.
Turnirin qrup mərhələsinin oyunları mayın 25-dən iyunun 15-dək keçiriləcək.
Qrupun qalibləri finalda üz-üzə gələcəklər. Turnirin qalibi növbəti mövsümdən Qızıl Avropa Liqasında mübarizə aparacaq.


Bu yazı

13075 dəfə oxunub

Tarix

2019-03-01 17:24:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev