Açıq Avropa kuboku: 1 qızıl, 1 gümüş medal


Martın 2-də Polşanın paytaxtı Varşavada start götürən açıq Avropa kubokunda Azərbaycanın iki cüdoçusu finalda mübarizə aparıb.
Altmış kiloqram çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə final qarşılaşmasında Polşa idmançısı Bartolomey Qarbaciki məğlub edərək Avropa kubokunun qalibi olub. Digər təmsilçimiz, altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Əliyev finala qədər uğurla irəliləsə də, həlledici görüşdə Fransa təmsilçisi Saşa Flamentə məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 38 ölkədən 308 idmançının mübarizə apardığı qitə turniri martın 3-dək davam edəcək. Avropa kubokunda 14 cüdoçumuz medallar uğrunda yarışır

Bu yazı

13820 dəfə oxunub

Tarix

2019-03-02 15:41:57

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev