Polşadan 3 medalla



Polşanın paytaxtı Varşava şəhərində kişi cüdoçular arasında keçirilən Avropa açıq kubokuna yekun vurulub. Beynəlxalq turnirin son günü Azərbaycan millisinin üzvü Şahin Qəhrəmanov (+100 kq) bürünc medala sahib olub. Varşava turnirinin ilk günü isə Oruc Vəlizadə qızıl, İbrahim Əliyev gümüş medala layiq görülüblər. Beləliklə, Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıblar.
Qeyd edək ki, martın 2-də start götürən Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparıb. Ölkəmizi beynəlxalq yarışda 14 cüdoçu təmsil edib.




Bu yazı

13745 dəfə oxunub

Tarix

2019-03-04 10:08:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev