3 qat dünya çempionu canına qəsd etdi



ABŞ-da velotrek üzrə üçqat dünya çempionu Kelli Ketlin öz həyatına son qoyub.
23 yaşlı idmançının cansız bədəni Kaliforniya ştatındakı evində tapılıb. Onun hansı şəraitdə intihar etdiyi barədə açıqlama verilmir.
İdmançının ölümü haqqında informasiyanı ABŞ Velosport federasiyasının sədri Bob Demartini də təsdiqləyib.
Qeyd edək ki, Kelli Ketlin qadınlar arasında keçirilən velotrek üzrə 2016, 2017 və 2018-ci il dünya çempionatlarında (komandalı çıxışlarda) qızıl medal qazanıb.



Bu yazı

15765 dəfə oxunub

Tarix

2019-03-11 10:50:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev