MOK-un nümayəndə heyəti BƏOK-un İcraiyyə Komitəsinin iclasında iştirak edəcək


Martın 15-16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil edəcəklər. Tədbir çərçivəsində beynəlxalq təşkilatın fəaliyyəti, eləcə də, AzƏOK sədri Xəzər İsayevin prezidenti olduğu BƏOK-un Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin işi ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Xatırladaq ki, ötən il beynəlxalq qurumun İcraiyyə Komitəsinin təşəbbüsü ilə Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınmışdır.




Bu yazı

12387 dəfə oxunub

Tarix

2019-03-14 10:01:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev