Dünya birinciliyinin iştirakçıları Vətənə qayıdıblar

 
Martın 8-16-sı tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağırlıqqaldıranlar arasında 8-ci dünya birinciliyi iştirak edən Azərbaycan yığma komandası Bakıya qayıdıb. 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda milli komandamızın 5 üzvü iştirak edərək böyük uğur qazanıblar.
55 kq çəki dərəcəsində Ömər Cavadov, 67 kq çəki dərəcəsində isə Rüstəm Qasımov birdənqaldırma hərəkətində bürünc medal əldə ediblər. 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdənqaldırma, həm təkanla qaldırmada, həm də ümumilikdə bürünc medalla fərqləndi. Sonda isə Rəhman Kazımov +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.
Yarışı ümumilikdə 6 medal – 5 kiçik və bir bürünc medalla başa vuran Azərbaycan yığma komandası ölkə ağırlıqqaldırma tariximizə qızıl hərflərlə yazılan uğura imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında 5-ci yeri tutmağı bacarıb (Medal hesabında isə yığmamız 10-cu pillədə qərarlaşıb). 




Bu yazı

14239 dəfə oxunub

Tarix

2019-03-17 11:49:42

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev