OCEP çərçivəsində növbəti tədbir

 
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının dəstəyi ilə keçirilən "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” fəaliyyəti çərçivəsində məktəb tədbirləri davam edir. Seçilmiş 49 Bakı məktəbi Olimpiya Festivalında iştirak edəcək 49 Avropa ölkəsini təmsil edir və bu məktəblər həmin ölkələrin idman, mədəniyyət, təhsil sahələrini təbliğ edirlər. OCEP çərçivəsində növbəti belə tədbir 193 saylı məktəbdə təşkil olunub. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı tədbir çərçivəsində Azərbaycanın hər bir bölgəsini təmsil edən müxtəlif növ stendlər, güşələr hazırlamışdı. Bu stendlərlə yanaşı, əyləncəli və informativ proqramda öklənin zəngin dəyərləri və adət-ənənələri danışıldı.
Tədbiirdə çıxış edən 193 saylı məktəbin direktoru Rəhim Hüseynov məktəbdə Olimpiya Festivalına hazırlıq işlərindən bəhs edib. O qeyd etdi ki, Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində Azərbaycanı təmsil edəcək məktəblilər bu festivala həvəslə hazırlaşırlar və Azərbaycanı təmsil etməkdən qurur hissi duyurlar.
Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Vasif Məmmədov tədbirin təşkilinə görə tədbiri yüksək qiymətləndirərək şagirdlər, məktəb kollektivinə təşəkkürünü bildirib.
Daha sonra MOK-un marketing şöbəsinin direktoru Mehman Kərimov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov hər kəsə uğurlar arzulayıblar. Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində də tədbirlərin davamlı olacağını qeyd etdilər.
Tədbir qrup fotosu ilə yekunlaşdı.




Bu yazı

12403 dəfə oxunub

Tarix

2019-03-16 13:48:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev