“Şahin” hərbi-idman oyununda 16 komanda yarışıb


"Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qaxda keçirilən rayon turunun yarışları şəhər 4 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb.
Birinciliyin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib.
Şəhər stadionunda və 2 saylı məktəb-liseydə 16 komandanın iştirakı ilə keçirilən rayon birinciliyində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra məktəblilər turnikdə dartınma, maneələrin dəf olunması, kəndir vasitəsi ilə yüksəkliyə dırmanma, hədəfə "qumbara atma, tüfəngdən atəş açma, mülki-müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardımın göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Qax şəhər 4 saylı tam orta məktəbin komandası, eyni zamanda, yarışların zona mərhələsində iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Tasmalı və Ləkit kənd tam orta məktəblərin komandaları tutublar.


Bu yazı

11116 dəfə oxunub

Tarix

2019-03-17 15:20:22

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev