Karateçilərimiz nüfuzlu yarışlarda iştirak edəcəklər


Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına və ABŞ-ın San-Dieqo şəhərində təşkil ediləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

İyunun 21-dən 30-dək 50 ölkədən 4 mindən çox atletin 15 idman növü üzrə mübarizə aparacağı ikinci Avropa Oyunlarında 6 karateçimiz iştirak edəcək. Kumite yarışlarında Azərbaycanı Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (+75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də, Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq) təmsil edəcəklər. Kata yarışlarında isə Roman Heydərli mübarizə aparacaq.

Qeyd edək ki, karateçilərimiz İspaniyada keçirilmiş sonuncu qitə çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak hüququ əldə ediblər. İkinci Avropa Oyunlarının karate yarışları iyunun 29-30-da Minskdəki "Çijovka Arena”da keçiriləcək.

Sonuncu Avropa çempionatının bürünc mükafatçısı Roman Heydərovun nəticəsi ona Dünya Çimərlik Oyunlarında da ölkəmizi təmsil etmək şansı qazandırıb. Oktyabrın 9-15-də San-Dieqoda keçiriləcək Dünya Çimərlik Oyunlarının karate yarışları həmin ayın 10-11-də təşkil ediləcək.



Bu yazı

9330 dəfə oxunub

Tarix

2019-04-14 16:23:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev