Güllə atıcılığı üzrə şəhər çempionatının qalibi müəyyənləşib



Sumqayıt Dövlət Universitetinin komandası güllə atıcılığı üzrə şəhər çempionatının qalibi olub. Sumqayıtdakı Paralimpiya İdman Kompleksində keçirilən yarış Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.
Orta ixtisas məktəbləri və peşə liseylərinin iştirak etdikləri çempionat Sumqayıtın 70 illik yubileyinə həsr olunub. Pnevmatik silahdan güllə atıcılığı üzrə şəhər çempionatında 12 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarışda Sumqayıt Dövlət Universitetinin komandası 202 xalla birinci yerə layiq görülüb.
Qalib komandaya Gənclər və İdman Baş İdarəsinin Fəxri fərmanı və kuboku təqdim olunub.


Bu yazı

19444 dəfə oxunub

Tarix

2019-04-23 12:08:53

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev