Formula 2: İngiltərəli pilot Bakıda liderliyi əldən vermədi


Ingiltərənin "Campos Racing” komandasının pilotu Cek Aitken Formula 2 üzrə birinci yarışın qalibi olub. Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda ​ 32 dövrəni hamıdan tez başa vuran pilot 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hollandiyanın "ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci yeri tutub – 1:02:29.849. Yarışda ingiltərəni təmsil edən digər komandanın​ - "MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutub - 1:02:31.762.

Qeyd edək ki, Formula 2 üzrə 23 dövrədən ibarət ikinci yarış aprelin 28-də keçiriləcək. Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşdə "UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. "Carlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, "MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.

Sıralama turunda isə "Carlin” komandasının pilotu Nobuhari Matsuşita Bakıda qalib gəlib. "ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, "UNI Virtuosi” komandasının pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.





Bu yazı

11855 dəfə oxunub

Tarix

2019-04-27 16:16:21

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev