Su həyatdırsa, təmiz su sağlam həyatın açarıdır

 
Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə sudan ibarətdir. İnsanın bədəninin hər yerində - qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. müxtəlif miqdarda su olur. Bioloji mayelərdə - qan, limfa, tüpürcək və mədə şirəsində suyun miqdarı 90-99%, sümük hüceyrələrində isə 20-24% olur. Canlı orqanizmlərdə suyun əsas hissəsi vahid bir şəbəkədə formalaşıb. Buna hüceyrədaxili su deyilir. Hüceyrəarası boşluqların və bioloji mayelərin tərkibinə daxil olan su isə hüceyrəxarici su adlanır. İnsan orqanizmindəki suyun 2/3 hissəsi hüceyrədaxili, 1/3 hissəsi isə hüceyrədaxili sudur.
Göz (95 %), beyin (85%), əzələlər (80%), ürək (75%), böyrək (83%), qan (83%) və digər orqanların əsas hissəsini su təşkil edir.
Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.
Suyun sanitariya-gigiyenik əhəmiyyəti də böyükdür. Su organizmada çox önəmlidir. Su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradanda toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su, həmçinin, orqanizmdə gedən bir sira mübadilə reaksiyalarında bilavasitə iştirak edir.
İnsan gün ərzində 2-2,5 litr su qəbul etməlidir
Biz insanlar öz daxili tələbatımızı təmin etmək üçün içməli sudan istifadə edirik. Hesablamalar göstərir ki, insan normal şəraitdə susuz qalırsa orqanizmdə geriləmələr baş verir. Belə ki, orqanzmdə su ehtiyatı azalarkən - 1% faizdə bədən süstləşir, 2 faizdə halsız yaranır, əmək fəaliyyəti azalır, 4%-də ürəkbulanma qeydə alınır, 10%-də temperatur düşür, 11%-də ilkin tibbi yardıma ehtiyac duyulur, 20%-də isə kliniki ölüm təhlükəsi baş verir.
İnsan bu fəsadlarla üzləşməmək üçün gün ərzində 2-2,5 lit su qəbul etməlidir. Lakin suyun təmizliyi və tərkibi əsas götürülür. Təmiz su içiriksə, bədəndəki qidalar kiçik parçalara ayrılır, həzmdə problem yaşanmır. Bundan başqa ağciyərlərdə oksigen yığan qırmızı qan hüceyrələrinin iş səmərəsi artır, bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplanır, qaraciyərə ya da böyrəklərə ötürülür.
Təmiz su bağırsaqları ən yaxşı işlədən yağlayıcı maddədir, qəbizliyin qarşısını alır. İnsanı infarkt və insulta qarşı qoruyurur. Gözlərə canlılıq və parlaqlıq verir. Kofein, alkoqol və bəzi dərmanlardan asılılığın aradan qaldırılmasında kömək edir, ürək və beyin damarlarında qan laxtalanmasının qarşısını alır. Yuxunu qaydaya salır və dərini yumşaldır, nəmləndirir və yaşlılıq əlamətləri olan qırışları azaldır.
İdmançıların da təmiz suya böyük ehtiyacı var. Gərgin məşqlərdən sonra su vacib sayılır. Bu səbəbdən itirilmiş enerjini keyfiyyətli və kalorili su ilə bərpa etmək mümkündür.
Biz sizə layiq olan ən yaxşı məhsullarımızı əminliklə təklif edirik
Təmiz və şirin su amili bu gün dünyanın diqqət mərkəzindədir. Bunun üçün dünyanın aparıcı şirkətləri insalara su təmizləyici vasitələri məsləhət görürlər. Lakin bu işdə də peşəkarlara güvənməli, ən yaxşı və keyfiyyətli su təmizləyicilərindən istifadə edilməlidir. Su təmizləmə sistemlərinin etibarlılığı isə əsas şərtdir.
Su təmizləmə sistemlərinin dizaynı, yüksək ixtisaslı kadrların fəaliyyəti həm fərdi istehlakçılara (mənzil, bağl evləri və s.) həm də korporativ müştərilərə (kənd təsərrufatı, tibb müəssisələri, istehsal sahələri və s.) təmiz su təminatı ilə bağlı yaranan istənilən məsələni həll etməyə zəmanət verir. Su filterlərinin çeşidli olması müştəriyə onun imkanı daxilində olan bir modeli seçməyə fürsət yaradır.
Siz evlər, mənzillər, ofislər, biznes mərkəzləri, ictimai iaşə (kafelər, restoranlar) və yaşayış obyektləri üçün müxtəlif filterlər seçə bilərsiniz.
Şirkətimiz Türkiyə, Almaniya istehsalı olan keyfiyyətli Su Təmizləmə Filterlərini Sizə təklif edir. Dünyanın 45 ölkəsinə məhsullarını ixrac edən «ESLİ» şirkəti tərəfindən istehsal olunan filterlər dünya standartlarına cavab verir.
Xidmətlərimiz ürəyinizcə olacaq
- Su təmizləmə sistemlərinin layihələndirilməsi;
- Su təmizləmə sistemlərinin quraşdırılmasından əvvəl və sonrakı təhlili
– Su analizi və quraşdırmaya nəzarət işləri
- Su təmizləmə cihazının zəmanət üzrə və zəmanətdən sonrakı təmiri
- İstifadə müddəti ərzində su təmizləmə sistemləri üçün ehtiyat hissələrinin təchizatı
- Planlaşdırılmış texniki xidmət
- Su təmizləyici sistemlərə 1 ildən 3 ilə qədər yazılı zəmanət verilir
- Qızıl zəmanətdə olan aparatlara isə 3 il ərzində tamamilə heç bir ödəniş olunmadan xidmət göstərilir
- Respublikanın bütün bölgələrinə çatdırılma və qupaşdırılma ödənişsiz həyata keçirilir.
- Servis zamanı dəyişdirilən bütün ehtiyat hissələri orijinal ehtiyat hissələri ilə əvəz olunur.



Bu yazı

38916 dəfə oxunub

Tarix

2016-05-01 18:01:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev