MOİK rəsmiləri CISM-in 74-cü Baş Assambleyası və Konqresində iştirak ediblər



Vyetnamın Xo Şi Min şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) 74-cü Baş Assambleyası və Konqresi (22- 30 aprel) keçirilib.
137 ölkənin üzv olduğu şuranın illik tədbirində Azərbaycanı Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik-leytenant Rəşad Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
MOİK rəsmiləri Baş Assambleya və Konqres çərçivəsində təşkil olunan debatlarda fəal iştirak edib, müəyyən məqamlarla bağlı toplanan təcrübəni bölüşüblər.
Qeyd edək ki, CISM dünya miqyaslı üçüncü hərbi idman təşkilatı, dünya səviyyəsində, qitələrarası və regional yarışları keçirən ən böyük idman təşkilatlarından biridir. Qurum 1948-ci il fevralın 18-də yaradılıb. Ali rəhbər orqanı hər il çağırılan Baş Assambleyadır. Qısa zaman ərzində fəaliyyətini genişləndirərək Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınan şuranın məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.



Bu yazı

15008 dəfə oxunub

Tarix

2019-05-02 14:38:57

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev