Monakoda tarixi qarşılaşma


Monako Qran-Prisindən əvvəl Formula 1 və digər seriyaların pilotlarının daxil olduğu "Nazionale Piloti” komandası ilə "AS Star” ulduz futbolçuların komandası arasında ənənəvi futbol matçı keçiriləcək. "Ulduz” komandanın tərkibində, həmçinin Monako knyazı II Alber də meydana çıxacaq. Ötən il II Lui stadionunda yenidənqurma işləri ilə əlaqədar oyun Fransanın Mentona şəhərində keçirilmişdi. Lakin oyun bu dəfə mayın 21-də axşam saat 7-də yenidən Monakoda, uik-end başlanmazdan əvvəl keçiriləcək. Oyunlara biletlər stadionun kassalarında satılır. Biletin qiyməti 15 avrodur, 14 yaşınadək olan uşaqlar üçün isə giriş pulsuzdur. Oyundan yığılan vəsait ənənəvi hərracdan gələn gəlirlər kimi xeyriyyə hesabına köçürüləcək.

Bu yazı

10266 dəfə oxunub

Tarix

2019-05-08 14:45:04

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev