Sərrastların Asiya hədəfi


Mayın 10-18-də Koreya Respublikasının Çxanvon şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək. Turnirdə Azərbaycan milli komandasının beş üzvü iştirak edəcək. Trap yarışlarında Əli Hüseynli və Aydan Camalova həm fərdi, həm də qarışıq cütlüklərin yarışlarında güclərini sınayacaqlar. Skit növündə isə Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftaxətdinova mübarizə aparacaqlar. Dünya kubokunda 58 ölkədən 360 idmançı iştirak edəcək.



Bu yazı

6851 dəfə oxunub

Tarix

2019-05-08 17:08:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev