Hamiltonun növbəti qələbəsi



"Mersedes" komandasının britaniyalı pilotu Luis Hamilton Formula 1 üzrə İspaniya Qran-prisinin qalibi olub.
İkinci yeri Hamiltonun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yeri isə "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen tutublar.
Mövsümün ilk 5 yarışından sonra L.Hamilton 112 xalla turnir cədvəlinə liderlik edir. İkinci yerdə V.Bottas (105 xal), üçüncü yerdə isə M.Ferstappen (66 xal) qərarlaşıblar.
Formula 1 yarışlarının növbəti mərhələsi mayın 24-26da Monakoda keçiriləcək.



Bu yazı

7176 dəfə oxunub

Tarix

2019-05-13 18:32:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev