Sablyaçılarımız Dünya Kubokunun mərhələ yarışında



Tunisdə qadınlar arasında sablya üzrə Dünya Kubokunun mərhələ yarışı keçirilib.
Sablya üzrə milli komandamızın üzvləri həm şəxsi, həm də komanda yarışında mübarizə aparıb. Sablyaçılarımızdan şəxsi yarışlarda ən yaxşı göstəriciyə Anna Başta və Valeriya Bolşakova nail olublar. Qrup mərhələsində keçirdiyi altı görüşdən dördündə qələbə qazanan A.Başta pley-offa adlayıb. Bu mərhələdə ilk görüşündə Çin idmançısı Çenyi Juanqa 15:8 hesabı ilə qalib gələn A.Başta Yaponiya təmsilçisi Misaki Emura üzərində 15:9 hesablı qələbə qazanıb. İdmançımız 1/32 finalda fransalı Marqauks Rifkissə 13:15 hesabı ilə uduzub.
Qrup mərhələsində qarşılaşdığı altı görüşdən beşində qalib gələn Valeriya Bolşakova 1/64 finala vəsiqə qazanıb. Bu mərhələdə Macarıstan sablyaçısı Luka Laszlonu 15:5 hesabı ilə məğlub edən V.Bolşakova 1/32 finalda polşalı Angelika Vatora 11:15 hesabı ilə uduzub.
Digər sablyaçımız Səbinə Kərimova da qrup mərhələsini uğurla adlayıb. Qrupda üzləşdiyi altı oyundan üçündə uğur qazanan S.Kərimova pley-offda Kanada təmsilçisi Madison Zurquda 10:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsində keçirdiyi altı görüşdən ikisində qalib gələn Sevil Bünyatova isə pley-offda Rusiya idmançısı Olqa Nikitina ilə görüşdə 6:15 hesabı ilə uduzub.
Komanda yarışında isə millimiz onaltıdabir finalda türkiyəli rəqiblərinə 43:45 hesabı ilə məğlub olub.



Bu yazı

7840 dəfə oxunub

Tarix

2019-05-15 12:27:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev