Yekaterinburq sambo üzrə Avropa çempionatına ev sahibliyi edə bilər


Yekaterinburq sambo üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün yeganə namizəd şəhərdir. Avropa Sambo Federasiyasının mayın 16-da İspaniyanın Xixon şəhərində keçiriləcək konqresində çempionata ev sahibliyi hüququnu qazanan şəhər rəsmən təsdiqlənəcək.
Bu barədə Avropa və Ümumrusiya Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev məlumat verib. O qeyd edib ki, Avropa Sambo Federasiyasının illik konqresində təşkilatın ötənilki fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, planlar müzakirə ediləcək. Həmçinin bir neçə namizədin federasiyanın icraiyyə komitəsinə üzv seçilməsi məsələsinə baxılacaq.
Mayın 16-dan 20-dək İspaniyanın Xixon şəhərində sambo üzrə Avropa çempionatı keçiriləcək.


Bu yazı

12349 dəfə oxunub

Tarix

2019-05-16 16:01:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev