XIV Respublika Universiadasında güləş yarışları başa çatıb



"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIV Respublika Universiadasında yunan-Roma və sərbəst güləş yarışlarına yekun vurulub.
Universiadaya daxil olan yunan-Roma güləşi və sərbəst güləş yarışları Milli Aviasiya Akademiyasının idman kompleksində keçirilib.
7 komandanın iştirak etdiyi yunan-Roma güləşi üzrə yarışlarda birinci yerə Gəncə Dövlət Universitetinin tələbələri layiq görülüblər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası ikinci, Sumqayıt Dövlət Universitetinin kollektivi isə üçüncü yerə sahib çıxıb.
10 komandanın iştirak etdiyi sərbəst güləş yarışlarında da Gəncə Dövlət Universiteti birinci olub. Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Tibb Universitetinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Universiada çərçivəsində idmanın 10 növü - şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika və voleybol üzrə yarışlar təşkil olunub.



Bu yazı

9605 dəfə oxunub

Tarix

2019-05-20 15:00:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev