Dünya çempionatında iştirakçıların sayı azaldılacaq


Beynəlxalq Gimnastika Federasiyası (FİG) 2022-ci ildə keçiriləcək dünya çempionatından etibarən yarış iştirakçılarının sayıını azaltmağa qərar verib. Bu barədə federasiyanın rəsmi saytında bildirilir.
Bu dəyişiklik bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatına şamil ediləcək. Hazırda idman gimnastikasında kişi idmançıların sayı 208, qadın idmançıların sayı isə 201 nəfər təşkil edir.
Beləliklə, 2022-ci ildə keçirilən bədii gimnastika üzrə dünya çempionatında ümumilikdə, cəmi 105 gimnast mübarizə aparacaq. Bu dəyişiklikdən sonra DÇ-nin keçirilmə müddəti 15 gün deyil, 11 gündən ibarət olacaq.



Bu yazı

12523 dəfə oxunub

Tarix

2019-05-23 10:01:59

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev