Komandamız dünya kuboku yarışlarında


Fransanın Monpelye şəhərində parkur üzrə dünya kuboku yarışları keçirilib.

Turnirdə 21 ölkədən 40-a yaxın iştirakçı "Speed Run” və "Freestyle” proqramında yarışıblar.

Ölkəmiz də ilk dəfə olaraq, idmanın bu növü üzrə kubok yarışında iştirak edib. Təmsilçilərimiz Elvin Qocayev və Əli Mərdanov hər iki proqramda qüvvələrini sınayıblar. "Speed Run” proqramında E.Qocayev 23-cü, Ə.Mərdanov isə 25-ci yerdə qərarlaşıblar. "Freestyle”da isə idmançılarımız müvafiq olaraq, 20-21-ci olublar.

Xatırladaq ki, ötən ilin dekabrında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilmiş Ali konqresində alınmış qərara əsasən, parkur idman növü rəsmi olaraq ali qurumun fəaliyyətinə daxil edilib. Daha sonra paytaxtımızda bu idman növü üzrə 13 ölkənin iştirakı ilə təqdimat xarakterli kurslar keçirilib.



Bu yazı

4222 dəfə oxunub

Tarix

2019-06-04 15:43:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev