Yunan-Roma güləşçiləri Bərdədə



Bərdə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə idman ustası, Qarabağ müharibəsinin iştirakçısı, polkovnik-leytenant Elçin Əliyevin xatirəsinə həsr edilmiş yeniyetmələr və kiçik yeniyetmələr arasında turnir keçirilib.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsi ilə birgə təşkil etdiyi yarışda 12 şəhər və rayondan olan 23 komandanın tərkibində 250 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb.
Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, mərhum Elçin Əliyevin döyüş yoldaşları və ailə üzvləri çıxış edərək, qəhrəman Vətən övladlarının Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb, turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini bildiriblər.
Azərbaycan Güləş Federasiyasının beynəlxalq və respublika dərəcəli hakimlər heyəti tərəfindən idarə olunan yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.


Bu yazı

9037 dəfə oxunub

Tarix

2019-06-12 13:54:33

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev