Sabah Şəriəti «Bizə olan etimadı nəticələrimizlə sübut etməyə çalışacağıq»


Federasiyamız bizə hər cür şərait yaradır. Paytaxtda və bir sıra ölkələrdə təlim-məşq toplanışlarında iştirak etmişik. Minskdə bizə olan etimadı nəticələrimizlə sübut etməyə çalışacağıq. Bu sözləri Olimpnews.az saytına açıqlamasında Minsk-2019-da yunan-Roma güləşi üzrə yarışlarda ölkəmizi təmsil edəcək Sabah Şəriəti deyib.
"Minsk-2019-a artıq az vaxt qalıb. Məşqlərimiz hər gün qaydasında olaraq davam edir. Mən Bakıda təşkil olunan birinci Avropa Oyunlarında gümüş medala layiq görülmüşdüm. Çox istəyirəm ki, Minskdəki yarışda da mükafatçılar sırasında yer alım. Bunun üçün çox çalışıram”, - deyə Sabah Şəriəti qeyd edib.



Bu yazı

7456 dəfə oxunub

Tarix

2019-06-12 18:46:39

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev