Samboçumuz ikinci Avropa Oyunlarının gümüş medalını qazandı



Minskdə keçirilən ikinci Avropa Oyunlarında sambo yarışlarına yekun vurulub. Sambo yarışlarının ikinci günündə Azərbaycanın üç idmançısı mübarizə aparıb. Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finalda litvalı Gintaras Katkusa 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə belaruslu Maksim Krasinski ilə qarşılaşan idmançımız rəqibinə heç bir şans verməyib və 4:0 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Həlledici qarşılaşmada Azərbaycan samboçusu Ermənistan idmançısı Tiqran Kirokasyana məğlub olaraq gümüş medala sahib çıxıb.
Komandamızın digər üzvləri Cavidan Qarayev (62 kq) və Abdulla Abdullayev (74 kq) isə ilk görüşdə məğlub olublar. Təmsilçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşə çıxsalar da etimadları doğrultmayıblar.



Bu yazı

12990 dəfə oxunub

Tarix

2019-06-23 20:35:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev