Atıcımız 13-cü oldu


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan atıcısı Nigar Nəsirova daha bir növdə çıxışını başa vurub.
Xanım idmançımız pnevmatik tapança ilə 10 metrdən atəş açmaqda mübarizə aparıb.
Təsnifat mərhələsində 295 xal yığan N.Nəsirova yarışda 13-cü yeri tutub. Bu nəticə ona finala yüksələn 8 idmançı arasına düşməyə imkan verməyib.
Qeyd edək ki, yarışın qalibi adına serbiyalı Zorana Arunoviç yiyələnib.





Bu yazı

3695 dəfə oxunub

Tarix

2019-06-23 23:34:56

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev