Minsk-2019: Daha bir boksçumuz üçün II Avropa Oyunları başa çatıb



Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir. Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.
İlk mərhələdən azad olan Məsud Yusifzadə 1/8 final döyüşünə çıxıb. 52 kq çəki dərəcəsində çıxış edən boksçumuz ukraynalı Dimitri Zamotayevlə qarşılaşıb.
"Uruçye Arena”da baş tutan görüşdə Ukrayna boksçusunun qələbəsi ilə başa çatıb. 1/4 finala vəsiqə şansını itirən M.Yusifzadə isə Avropa Oyunlarında çıxışını başa vurub.


Bu yazı

7559 dəfə oxunub

Tarix

2019-06-24 17:23:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev