Minsk-2019: Cavid Çələbiyev 1/4 finalda



İyunun 25-də Minsk-2019-un beşinci günündə Azərbaycan boksçusu Cavid Çələbiyev (60 kq) səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb.
Görüşdə 5:0 hesabı ilə parlaq qələbə qazanan boksçumuz ikinci Avropa Oyunlarının dörddəbir finalına yüksəlib. Dörddəbir finalda onun rəqibi Gürcüstan təmsilçisi Otar Eranosyan olacaq.
C.Çələbiyev onaltıdabir finalda Bosniya və Herseqovina idmançısı Nikola İvkoviçi 5:0 hesabı ilə məğlub etmişdi.
Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Rufət Hüseynov (49 kq) dörddəbir, Loren Alfonso Domingez (81 kq) səkkizdəbir final mərhələsində mübarizə aparacaqlar. Səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğradan R.Hüseynov dörddəbir finalda italiyalı Federiko Serra ilə görüşəcək. L.Domingezin dörddəbir finaldakı rəqibi Belarus
boksçusu Mixail Dauqaliavets olacaq. Boksçumuz onaltıdabir finalda ukraynalı Stepan Hrekula qalib gəlib – 3:0.


Bu yazı

8226 dəfə oxunub

Tarix

2019-06-25 17:30:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev