Minsk-2019: Velosipedçilərimiz mükafatçılar sırasından kənarda qaldılar


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında velosiped idmanının şosse növünə yekun vurulub. Bu gün idmançılar fərdi startla yürüşdə qüvvələrini sınayıblar. Start xəttinə ayrı-ayrılıqda çıxan velosipedçilər arasında iki Azərbaycan təmsilçisi də yer alıb. Elçin Əsədov finişə 36 dəqiqə 50,80 saniyəyə çatıb. O, yarışı 29-cu pillədə başa vurub. Samir Cəbrayılov məsafəni 37 dəqiqə 39,39 saniyəyə qət edib. Həmyerlimiz 37 idmançı arasında 31-ci olub. Yarışın qalibi adına isə belaruslu Vasil Kiryenka yiyələnib. O, finişə 33 dəqiqə 3,34 saniyəyə çatıb.




Bu yazı

3345 dəfə oxunub

Tarix

2019-06-25 21:43:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev