Mahir Əmiraslanov: " Ölkəmizə ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm”


İkinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. Bu qələbəni hərbçilərimizə həsr edirəm.
Bu sözləri "olimnews.az” saytına açıqlamasında II Avropa Oyunlarının sərbəst güləş yarışlarının qalibi Mahir Əmiraslanov deyib.
O bildirib ki, bundan sonra da uğurunu davam etdirmək üçün inamla çalışacaq: "Bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Firdovsi Umudovun üzərimdə çox böyük əziyyəti olub. Yarışlara yüksək səviyyədə hazırlaşmışdım. Minsk-2019-da qızıl medal qazanacağıma inanırdım. Ölkəmizə ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. İnşallah, bu uğurun ardı gələr və komandamız daha yüksək nailiyyətlər əldə edər”.
Qeyd edək ki, M. Əmiraslanov finalda Stevan Miçiçə (Serbiya) 9:1 hesabı ilə qalib gəlib.





Bu yazı

6329 dəfə oxunub

Tarix

2019-06-26 22:09:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev