Boksçumuz Minsk-2019-un finalında


İkinci Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri davam edir.
Boksçumuz Alfonso Dominqes (81 kq) "Uruçye Arena”da növbəti görüşünə çıxıb. O, finala vəsiqə uğrunda italiyalı Simone Fiori ilə qarşılaşıb.
Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl dördüncü qələbəsini qazanıb. O, iyunun 29-da keçiriləcək finalda Qor Nersesyan (Ermənistan) – Bencamin Vittaker (Böyük Britaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək.




Bu yazı

9150 dəfə oxunub

Tarix

2019-06-28 21:58:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev