Yunan-Roma güləşilərimiz Vətənə qayıdıb



Minsk-2019-da Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda güləşçilərimizi azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və idmançıların yaxınları qarşıladılar.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz "Minsk 2019"u 2 medalla başa vurublar. İslam Abbasov (87 kq) gümüş və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.
Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal sayına görə birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibi Belarus (24-16-29), üçüncü pillədə isə 51medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.



Bu yazı

5259 dəfə oxunub

Tarix

2019-07-03 10:14:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev