Karatemilərimiz Ukraynada səfərdə olublar



Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi və idmançılar Ukraynanın paytaxtı Kiyevdə səfərdə olublar.
Federasiyanın nümayəndə heyətinin üzvləri əvvəlcə Kiyevdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Sonra karateçilər Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə görüşüblər. Görüşdə Prezident İlham Əliyevin idmana qayğısından danışan səfir bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız mötəbər beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil edir, medallar qazanırlar. Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Minskdə keçirilən II Avropa Oyunları göstərdi ki, Azərbaycanın müəyyən etdiyi standartlar uğurla tətbiq olunur.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov vurğulayıb ki, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı nəticəsində atletlərimiz böyük uğurlar qazanırlar. Bu diqqət və qayğıdan bəhrələnən karateçilərimiz də ölkəmizi dünyada uğurla təmsil edirlər. Azərbaycan karateçiləri beynəlxalq arenada ciddi rəqib kimi qəbul olunurlar.
Karatenin Yay Olimpiya Oyunlarının proqramına salınmasında Prezident İlham Əliyevin misilsiz xidmətlərini məmnunluqla qeyd edən Y.Bəşirov bildirib ki, bu, Azərbaycan karateçilərində əlavə stimul yaradıb.
Federasiyanın idarə heyətinin üzvü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Füzuli Musayev və karateçilərimiz çıxışlarında Azərbaycanın idman sahəsindəki uğurlarından danışıb, qarşıdakı yarışlarda müvəffəqiyyət qazanmağa çalışacaqlarını deyiblər.



Bu yazı

7409 dəfə oxunub

Tarix

2019-07-04 20:09:43

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev