İlk gündə 7 cüdoçumuz mübarizəyə başlayır


İyulun 12-də Budapeştdə cüdo üzrə Qran-Pri turniri start götürüb. Yarışların birinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb. 60 kiloqram çəki dərəcəsində yarışda Oruc Vəlizadə ilk görüşdə braziliyalı Felipe Elim, Kəramət Hüseynov avstriyalı Kimran Borçaşvili ilə qarşılaşacaqlar. İbrahim Əliyev (66 kq) argentinalı Tal Almoq ilə gücünü sınayacaq.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizəyə başlayacaq iki idmançımızın rəqibləri Avstriya təmsilçiləri olacaqlar. Aişə Qurbanlını Katarina Tanzer, Leyla Əliyevanı Liza Denq ilə qarşılaşmalar gözləyir. Gültac Məmmədəliyeva (52 kq) və İçinxorloo Munxtsedev (57 kq) isə avstraliyalı idmançıları sınağa çəkəcəklər. G.Məmmədəliyeva Tinka İston, İ.Munxtsedev Castin Bişop ilə qarşılaşacaqlar.
Budapeşt Qran-Prisində ölkəmizi 7 kişi, 5 qadın cüdoçu təmsil edir.




Bu yazı

5732 dəfə oxunub

Tarix

2019-07-12 11:24:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev