AMADA güləşçilərlə seminar keçirib



Azərbaycan Güləş Federasiyası (AGF) Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) ilə sıx əməkdaşlığı davam etdirir. Əməkdaşlıq çərçivəsində AMADA-nın əməkdaşları tərəfindən mütamadi olaraq güləşçilərimiz üçün maariflərindirici seminarlar təşkil olunur.
Olimpiya Güləş Mərkəzində AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və həmin qurumun tibb və elm meneceri Leyla Qabulovanın iştirakıyla seminar keçirilib. Tədbirdə yeniyetmə və gənc güləşçilərə dopinqə qarşı mübarizə, məkan məlumatları və istifadəsi qadağan olunmuş preparatlarla bağlı müxtəlif informasiyalar verilib, bukletlər paylanılıb. Güləşçilərin mövzuyla bağlı müxtəlif sualları cavablandırılıb. Sonda bu tip maarifləndirici seminarların gələcəkdə də təşkilinin önəmli olduğu qeyd edilib.



Bu yazı

2909 dəfə oxunub

Tarix

2019-07-15 11:39:44

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev