Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib



Stolüstü tennis üzrə 2007-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.
Şəxsi və komanda xarakteri daşıyan birincilikdə Azərbaycanın şəhər və rayonlarının yığma komandaları iştirak ediblər.
Yekun nəticələrə görə, qızlardan ibarət komanda "Sumqayıt-2” yığması birinci yeri tutub. İkinci yerə "Sumqayıt-1”, üçüncü yerə isə "Sumqayıt-3” və "Şabran” komandaları layiq görülüblər. Oğlanlardan ibarət"Sumqayıt-1” komandası birinci yerdə qərarlaşıb. İkinci yerə "Bakı-1”, üçüncü yerə isə "Sumqayıt-2” və "Şabran komandaları layiq görülüblər.
Qızların şəxsi yarışlarında Mərziyyə Nurmətova qızıl, Aylin Əsgərova gümüş, Arzu Aslanova və Nigar Mahmudova bürünc medal qazanıblar. Oğlanların şəxsi oyunlarında isə ilk pillədə Hüseyn Eylazov qərarlaşıb. Adil Əhmədzadə ikinci, Tahir Qubadov, Rüstəm Hacılı üçüncü yerləri tutublar.


Bu yazı

7914 dəfə oxunub

Tarix

2019-07-13 10:21:13

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev